EN

"Nə üçün tövlə tikən Bakıdan icazə almalıdır?" - Parlamentdə ETİRAZ

"Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

 

Onun sözlərinə görə,  İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib:

 

"Bizlər də ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti nəsə, el dilində desək “qaraldırsa” niyə icazəni Bakıdan almalıdır? Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk tikirsə, hətta sanitar qovşaq tikirsə, icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi? Bu məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır".

 

R.Nurullayev qeyd edib ki, bu məsələNİ mütləq şəkildƏ asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var:

 

"Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azalmalıdır".


Firuzə ƏliyevA

Chosen
33
2
sfera.az

4Sources