EN

Saatlı sakininin kartından 880 manat oğurlandı - RƏSMİ QURUMLARA MÜRACİƏT

Saatlı rayonu, Orta Muğan kənd sakini, II qrup hərbi əlil Əsgərov İbad Yadulla oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir:

"Hörmətli Vilayət Eyvazov!

Hörmətli Kamran Əliyev!

İlk öncə bildirim ki, 28 noyabr 2024-cü ildə, gecə saat 01:25 radələrində özümə məxsus olan 4169...3890   kart hesabımdan 888 manat məbləğində pul çəkilmişdir. Bununla bağlı müraciət etmədiyim qurum qalmayıb. Lakin hələ də cinayətkar həbs olunmayıb.

Həmin məbləğ Beynəlxalq Bankın 5220 9936 2861 940* nömrəli kart hesabına köçürülmüşdür.

28 noyabr 2024-cü il, saat 11:00 radələrində kart hesabımdan pullarımın çıxarılmasını bilmişəm. Dərhal DİN-nin 102 qaynar xəttinə məlumat verdim. “Kapital Bank”a gedərək kartımı bloklatdım. Həmin vaxt həm yeni kart götürdüm, həm də pullarımın çıxarılmasını təsdiq edən çıxarışı alıb, Saatlı Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət etmişəm.

Bütün bulara rəğmən, 01 dekabr 2024-cü il tarixində, saat 18:50 radələrində yenidən təqaüd kartımda olan 20 manatın 18 manatı, yeni aldığım kartda olan 15 mantın isə 13 manatı kiber cinayətkarlar tərəfindən mənimsənilib. Son məbləğlər isə Azərbaycan Beynəlxalq Bankına məxsus  5522 0993 6831 8580 nömrəli hesabına köçürülmüşdür. 

Hörmətli Vilayət Eyvazov!

07 dekabr 2024-cü ildə onlayın qaydada Sizə də müraciət etmişəm. DİN-nin İstintaq Tədqiqat Bölməsinin apardığı araşdırma nəticəsində məlum olub ki, Saatlı Rayon Polis şöbəsinin İstintaq Tədqiqat Bölməsində, etdiyim şikayətə baxılıb və guya, ortada "cinayət işi olmadığı üçün" cinayət işi dayandırılmışdır.

DİN bu işin yenidən araşdırılması üçün həmin qərarı Saatlı rayon prokuroruna həvalə etmişdir. Saatlı Rayon Prokurorluğu da  həmin qərarı ləğv edərək, işi yenidən 10 gün müddətində araşdırılması üçün Saatlı Rayon Polis Şöbəsinə təqdim edib.

Xeyli müddət keçməyinə baxmayaraq, nə vəsaitim qaytarılır, nə də cinayətkar həbs olunur. Necə cinayət işi sayılmaya bilər ki, məbləğ 500 manatdan çoxdur?! Mən xahiş edirəm ki, işimə ətraflı baxılması üçün göstəriş verəsiniz. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən qurumların mövqeyini dərc etmək üçün hazırıq.

Chosen
24
1
hurriyyet.az

2Sources