EN

Paris vağzalında bomba tapılıb

Fransa Milli Dəmir Yolu Şirkətinin (SNCF) mətbuat xidmətininməlumatınagörə, partlamamış bomba gecə saatlarında şəhərin şimalındakı Sen-Deni qəsəbəsi ərazisində reyslərə texniki baxış keçirilərkən tapılıb. Qatarların hərəkəti dayandırılıb, "Gare du nord" vağzalına sərnişinlərin girişi məhdudlaşdırılıb.

Bombanın sözügedən əraziyə necə gəlib düşdüyü hələlik naməlumdur. Hazırda Paris polisi onu zərərsizləşdirməyə çalışır.

Məlumat üçün bildirək ki, Parisin şimalında yerləşən "Gare du Nord" vağzalı bütün Fransanın ən işlək dəmiryolu terminalıdır. Vağzal hər gün təqribən 700 min insana xidmət göstərir.

Firudin Həmidli
AzVision.az
Chosen
14
1
azvision.az

2Sources