EN

Çağırışçılar haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır

Bakı. Trend:

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtındaverilməməsinə görə cərimələr artırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olanvətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərinhərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icrahakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinəgörə vəzifəli şəxslər 400 manatdan 600 manatadəkməbləğdə, hüquqi şəxslər 1000 manatdan 1 200manatadək məbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyəəsasən, vəzifəli şəxslər 200 manatdan 300 manatadəkməbləğdə, hüquqi şəxslər 400 manatdan 600manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 603.1-ci və 603.2-ci maddələrindənəzərdə tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbivəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdançıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatınındəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların vəhərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlartərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmişmüddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər800 manatdan 1000 manatadək məbləğdə cəriməediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər100 manatdan 200 manatadək məbləğdə, hüquqişəxslər 300 manatdan 500 manatadək məbləğdə cəriməedilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.

Chosen
15
31
az.trend.az

10Sources