EN

Yanvar-fevral aylarında 29 yeni dövlət standartı qəbul edilib

Bakı, 7 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, 29 yeni dövlət standartı qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Qeyd edək ki, iki ayda qida texnologiyası və kənd təsərrüfatı üzrə 12, tikinti materialları üzrə 3, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 4, neft-qaz və əlaqəli texnologiyalar üzrə 5, ətraf mühit üzrə 2, nəqliyyat sahəsi üzrə 3 dövlət standartı qəbul edilib.

Hesabat dövründə 2 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər olunub, 19 dövlət standartı ləğv edilib, sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Chosen
19
2
azertag.az

3Sources