EN

Almatı hava limanında işçi girov götürüldü: Qadını öldürməklə hədələdi

Almatı Beynəlxalq Hava Limanında uçuşdan əvvəl sərnişinlərin yoxlama zonasında insident baş verib.

Məlumatı Almatı Beynəlxalq Hava Limanının mətbuat xidməti də təsdiq edib.

Belə ki, terminalın ərazisində özünü sərnişin kimi təqdim edən şəxs sənədlərini göstərməkdən imtina edərək, işçini saçından tutub və bıçaqla hədələməyə başlayıb.

Bir neçə dəqiqədən sonra qadını bıçaqla hədələyən şəxs polislərin və aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Aeroportun mətbuat xidməti əlavə edib ki, hücum edən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib, hadisənin baş vermə səbəbləri araşdırılır.

Mənbə: oxu.az

Chosen
12
1
oxu.az

2Sources