EN

Səfərbərlik zamanı hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə görə cərimələr artırılır

Bakı. Trend:

Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları,müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrətədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə cərimələrartırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, nüvafiq icra hakimiyyəti orqanının vəyerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılıolmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəlişəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərəvaxtında məlumat verilməməsinə və onların çağırış-toplanışməntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təminedilməməsinə görə 400 manatdan 600 manatadəkməbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,200 manatdan 300 manatadək məbləğdə cərimə tətbiqedilir.

Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetməorqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarəvə təşkilatların vəzifəli şəxsləri tərəfindən “AzərbaycanRespublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”Qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsindəonlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə500 manatdan 700 manatadək məbləğdə cəriməediləcək. Mövcud qanunvericiliyə əsasən, 250 manatdan 350manatadək məbləğdə cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.

Chosen
27
az.trend.az

1Sources