EN

“Ailələri haqqında yaramaz sözlər danışırlar, sonra da efirdə ona “bacım”, buna “qardaşım” deyirlər”

Meyxanaçı Namiq Qaraçuxurlu uzun müddət sonra “ATV”də yayımlanan “Gün ortası” verilişindəki açıqlamaları ilə səssizliyini pozub...

Poliqon xəbər verir ki, meyxanaçı şou-biznesdən getməsinin səbəblərini belə əsaslandırıb: “Şou-biznes”də yoxam, ona can atmıram. Çünki şou-biznesdəki adamlarla düşüncələrimiz əksdir, alınmır. Onlara aid məclislərə getsəm belə, 5 dəqiqə görünüb çıxıb gedirəm. Nə edim? Masada oturub danışırıq, fikirlərimiz uyğun gəlmir. Əvvəllər mən də bu cür danışanlara deyirdim ki, vaxtilə şou-biznesə can atmısan, indi özünə sığışdırmırsan. Əvvəlki şou-biznes deyil, aləm bir-birinə dəyib. Bir müğənni hansısa yolla – qorxudaraq, sevgi ilə, yaxud “para” ilə şou-biznes haqqında yazan medianı başına yığıb, dediklərini diktə edir. Gözümün qabağında şou-biznesdəki sənətçi medianın üstünə qışqırıb ki, sənə dedim, belə yazma, elə yaz. Jurnalist də deyib ki, baş üstə. Mən bu cür şou-biznesdə işləyə bilmərəm, mümkün deyil. Peşəkar jurnalistlərimiz, media əhli var. Konsertlər edəndə onlarla çalışıram. Piarımı da normasında edirlər. Yoxsa gündəlik evimizə gələk-gedək, bir məclislərdə iştirak edək, sonra onun evinin içindəkini gedib orda-burda danışım, yaxud əksinə. Mən belə xarakteri qəbul etmirəm. İnsan qeyri-səmimidirsə, onunla əməkdaşlıq edə bilmərəm. İnsanlar bir-birilərinin evinə girib-çıxırlar, ailələri, övladları haqqında orda-burda yaramaz sözlər danışırlar. Sonra da efirdə çıxıb ona “bacım”, buna “qardaşım”. Mən bunu edə bilmirəm. Yalançı da olsa, qəbul etməlisən. Biz də yol veririk. Artıq şou-biznes belə olub. “Həqiqət” sözü orda yoxdur. İmici dəyişib”.

Poliqon.info

Chosen
12
1
poliqon.info

2Sources