EN

Nisyə mal alqı-satqısı ilə məşğul olanlar kreditlə bağlı bu tələbdən azad olunurlar

Bakı. Trend:

Nisyə mal alqı-satqısı ilə məşğul olan və il ərzində nisyəsatılmış mallar üzrə dövriyyəsi 100 min manatdan çox olan hüquqi vəfiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdimetməyəcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Kredit büroları haqqında” Qanunadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğulolan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqfəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyəsatılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda)və kredit təşkilatları kredit tarixçələrini təşkil edən məlumatıfəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdimetməlidirlər.

Təklif edilən dəyişikliklə kredit təşkilatlarıkredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azıbir kredit bürosuna təqdim etməlidirlər.

Məlumat üçün bildirək ki, qanunun 12.1-ci maddəsi nisyə malalqı-satqısı ilə məşğul olan və təqvim ili ərzində nisyə satılmışmallar üzrə dövriyyəsi yüz min manatdan çox olan hüquqi və fizikişəxslər tərəfindən “kredit tarixçələrini təşkil edən məlumat”ınkredit bürosuna mütləq qaydada təqdim edilməsi tələbini müəyyənedir. Eyni zamanda qanunun 22-ci maddəsi həmin şəxslər tərəfindənkredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna təqdimedilməməsinə görə məsuliyyəti nəzərdə tutur. Dövriyyəsi həminməbləğdən az olan nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi vəfiziki şəxslər tərəfindən bu məlumatın təqdim edilməsi isə onlarınvəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulur.

“Kredit tarixçələrini təşkil edən məlumat” dedikdə kredittarixçəsi subyektinin cari və ödənilmiş borcları, borcöhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin vəborc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə imkanverən məlumatlar nəzərdə tutulur.

Kredit tarixçəsinə aid olan məlumatların həmin təsərrüfatsubyektləri tərəfindən təqdim edilməsi böyük inzibati, zaman vəsair resurslar tələb edir. Eyni zamanda onların bu vəzifələriniicra etməsinə nəzarətin təşkilinin, habelə məlumatın vaxtında,düzgün və ya tam verilməməsinə görə məsuliyyətə cəlb etməninmürəkkəbliyi də mövcuddur.

Bütün qeyd olunanlar nəzərə alınmaqla təklif olunan dəyişikliyəgörə, bu məlumatların kredit bürosuna mütləq qaydada təqdimedilməsi tələbi ləğv edilir.

Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hərbir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq eyniyanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsiqanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi bu sahədə inzibatçılığın sadələşdirilməsinə,müvafiq məlumatları könüllü təqdim etmə mexanizminin bütün nisyəmal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamiledilməsinə xidmət edir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Chosen
36
7
az.trend.az

8Sources