Bakı. Trend:
İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayanməhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampalarıistisna olmaqla dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədiləistifadə edilə bilən elektrik közərmə lampalarının idxalı,istehsalı və satışı qadağan ediləcək.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadəvə enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliklə 2026-cı il yanvarın 1-dən 60 vatt vəyuxarı gücə malik olan közərmə lampalarının, 2026-cı il iyulun1-dən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vatadək gücə malikolan közərmə lampalarının satışı qadağan ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.
Məlumat üçün bildirək ki, dünyanın bir sıra ölkələrində müasirdövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərəalınaraq, közərmə lampalarının istehsalı və satışına qadağaqoyulur. Buna səbəb onların aşağı enerji effektivliyinə malikolması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çoxistilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarınınkompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəzedilməsi tövsiyə olunub, artıq bəzi ölkələrdə tamamilə LEDlampalarına keçid hədəflənib.
LED, CFL və közərmə lamplarının texniki və iqtisadi səmərəsininistehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1)müəyyən edilib ki, 15 000 saat istehlak müddəti olan 1 ədəd LEDlampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu,lampa xərcində orta hesabla 2 dəfədən, elektrik enerjisi xərcindəisə 8 dəfədən çox fərq verir.
Cədvəl 1. 15 000 saat xidmət müddəti üçün lampa növləriüzrə enerji sərfiyyatı:
Göstərici | Közərmə lampası | CFL | LED |
Xidmət müddəti, saat | 1,000 | 8,000 | 15,000 |
Lampanın gücü, Vatt | 60 Vt | 14 Vt | 7 Vt |
Əvəzlənən lampaların sayı | 17 | 2 | 1 |
Cəmi enerji istehlakı, kVt.st | 900 | 210 | 105 |
Bundan əlavə, 60 vatt gücündə 1 milyon közərmə lampasınınistifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi vəbu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbonemissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib(cədvəl 2).
Cədvəl 2.
Göstərici | Közərmə lampası üzrə | LED üzrə |
Lampa sayı, ədəd | 1,000,000 | 1,000,000 |
Bir lampanın gücü, Vt | 60 | 7 |
Cəmi illik enerji istehlakı, mln. kVt.st | 131.4 | 15.33 |
Qaz sərfi, mln. m3 | 29.1 | 3.39 |
Karbon emissiyasının həcmi, min ton | 63.6 | 7.4 |
Müqayisə zamanı müəyyən edilib ki, 1 il ərzində istifadə olunan1 milyon közərmə lampaları 131.4 milyon kilovat-saat elektrikenerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23min ton şərti yanacaq (29.1 milyon kubmetr təbii qaz) istehlakolunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir.Həmin közərmə lampaları LED lampları ilə əvəz olunduğu halda, tələbolunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq vəemissiyanın miqdarı 8.6 dəfə azalacaq.
Əhali kateqoriyasından olan mövcud 2.7 milyon abunəçinin 50%-nin közərmə lampasından imtina edərək LED lampası istifadəsinəkeçdiyi fərz edildiyi halda, həmin abunəçilər tərəfindən günərzində işıqlandırma məqsədilə elektrik enerjisi istehlakının 4.86milyon kilovat-saatdan 567 min kilovat-saata (hər abunəçi üzrəortalama 10 lampa və lampanın günlük istismar müddəti 6 saat nəzərəalınmaqla) enməsi ilə enerji səmərəliliyi təmin ediləcək.
Azərbaycana idxal olunan közərmə və LED lampalar üzrə aparılanaraşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunanközərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimimüsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxaldahələ də kifayət qədər üstün həcmə malikdir (cədvəl 3).
Cədvəl 3. Azərbaycana idxal olunan közərmə və LEDlampalarına dair statistika (2017-2022), min ədədlə:
Malın adı | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | |
853922 | Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyəhesablanmış közərmə lampaları | 25593.3 | 29479.43 | 26645.56 | 25224.28 | 21490.82 | 17611.17 |
853929 | Digər közərmə lampaları | 2795.86 | 7716.06 | 7714.94 | 4582.84 | 4816.7 | 6549.03 |
853950 | Işıq saçan diod lampaları (LED) | -* | 1555.87 | 7981.19 | 8109.92 | 8820.93 | 4325.66 |
Azərbaycana idxal olunan közərmə və LED lampalarınındəyəri (2017-2022), min ABŞ dolları ilə
Malın adı | 2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | |
853922 | Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyəhesablanmış közərmə lampaları | 2832.13 | 3346.15 | 2900.67 | 2792.59 | 2319.09 | 2367.83 |
853929 | Digər közərmə lampaları | 758.52 | 1717.83 | 1640.91 | 926.45 | 984.92 | 1634.46 |
853950 | Işıq saçan diod lampaları (LED) | -* | 1231.95 | 4122.47 | 3434.38 | 4066.31 | 1707.63 |
* LED lampalarına dair ticarət statistikası 2017-ci ilin vəəvvəlki illərin cədvəllərində əks olunmayıb.
Közərmə lampalarından imtina edildiyi halda, LED lampalarınqiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq ilkildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da, sonrakıdövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampalarıilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində vədəyərində kəskin azalmalara gətirib çıxarcaq. Digər tərəfdənközərmə lamplarından imtina LED lampaların yerli istehsalçılarınada dəstək olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiqetdiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda istinadedilmiş normativ sənədlərdə yer alan "Təbii və süni işıqlandırmanormaları"nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlərqeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.
Beləliklə, közərmə lampalarının ölkəmizdə qadağan olunması həmistehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməkləemissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasənAzərbaycan götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərinyerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmişCOP28 zamanı ölkəmizin qoşulduğu "Bərpa olunan enerji mənbələri vəenerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcək.