EN

Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi hazırlanıb

Bakı, 7 mart, AZƏRTAC

Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan qadının idarəsi və mərdliyi, saflığı və sədaqəti, cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna xidmətləri, gender bərabərliyi və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə “Azərbaycanda qadın məsələsi: tarix və müasirlik XIX əsrin sonu -XX əsrin əvvəli”, “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”, “Tarixə adını yazan Azərbaycan qadınları”, “Azərbaycan dövlətçiliyində qadınların rolu”, “Qadın problemləri”, “Dünya qadın həmrəyliyi və s. mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Chosen
38
22
azertag.az

10Sources