EN

“Jewish Press”: Fransanın anti-Azərbaycan ritorikası bu ölkənin xarici və daxili siyasətinin mərkəzi komponentinə çevrilib

Bakı. Trend:

Fransa Milli Assambleyasının üzvü Azərbaycanın Fransadasabitliyi pozmağa çalışdığını, ölkəsinin xarici və daxilisiyasətindəki qeyri-sabitliyə görə Azərbaycan diplomatlarınınməsuliyyət daşıdığını bildirib. Görünür, Makron hökuməti diplomatikuğursuzluqlarına günahkar axtarır. Şübhə doğurmayan məqam isə odurki, anti-Azərbaycan ritorikası Fransanın xarici və hətta paradoksalolsa da, daxili siyasətinin mərkəzi komponentinə çevrilib.

Trend Diasporla İş üzrəDövlət Komitəsinə istinadən xəbər verir ki, bu barədə tanınmışsiyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinintəsisçisi və baş direktoru Reyçel Avraham qlobal yəhudi mediasınınnəhəngi, ABŞ-də yayımlanan “Jewish Press”də dərc olunmuş “FransaAzərbaycan və Ermənistan arasında” sərlövhəli məqaləsindəyazıb.

Fransanın Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə sabitliyipozmağa yönələn siyasətinin təhlili aparılan yazıda qeyd olunub ki,Azərbaycan və Gürcüstan gündəlik məsələləri özləri həll etməkdənötrü regional əməkdaşlıq üçün yeni platforma yaratmağa çalışırlar.Çünki kənar müdaxilə bölgədə sabitliyi pozan əsas amil kimigörünür. Buna baxmayaraq, Qərb dövlətlərinin, xüsusən də Fransanınsiyasəti regionun inkişafına mane olur.

Bildirilib ki, Cənubi Qafqaz hər bir siyasi addımı və manevriizləyən xarici oyunçuların daimi nəzarətindədir. Bu ölkələr özgeostrateji məqsədlərinə çatmaq üçün diplomatiyadan istifadəedirlər. Tarix göstərir ki, ardıcıl olaraq bu və ya digər tərəfidəstəkləyən xarici oyunçuların müdaxiləsi parçalanmaları daha dagücləndirməklə həddindən artıq qütbləşməyə, düşmənçiliyə gətiribçıxarır. Bu baxımdan müəllif Azərbaycanı xarici təsirlərə boyunəyməyi qəbul etməyən və Ermənistanla sülh danışıqlarında üçüncütərəfin iştirakına razı olmayan ölkə kimi səciyyələndirib.

Diqqətə çatdırılıb ki, Azərbaycanla Ermənistan arasındamübahisədə mərkəzi oyunçuya çevrilən Paris İkinci QarabağMüharibəsindən sonra İrəvanın himayədarı rolunu öz üzərinə götürüb.Fransa uzun müddətdir ki, ardıcıl olaraq Ermənistanı dəstəkləyir vəbu, mediada işıqlandırılan təmayül deyil, artıq təsdiqlənmişfaktdır. Belə ki, Fransa həddindən artıq və yanlış tənqidlərə görəAzərbaycanla münasibətlərini itirmək riski ilə üz-üzədir.

Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan münaqişəsinəqarışması məsələsinə toxunan müəllif əmindir ki, Aİ Azərbaycanlaəlverişli iqtisadi münasibətlərə baxmayaraq, demək olar ki, açıqşəkildə Ermənistanın tərəfini tutub. Bakı ehtiyat edir ki,Avropanın, xüsusən də Aİ-nin Ermənistandakı missiyasının (EUMA)iştirakı sülh prosesinə xələl gətirər və Ermənistanda sülhə qarşıçıxan revanşist qrupları dəstəkləyər. Bundan əlavə, AzərbaycanEUMA-nın güclü üzv dövlətlərin təsiri altına düşmədən Aİ-nin birbölməsi kimi muxtar fəaliyyət göstərə bilməsindən narahatdır və buda Fransa hərbçilərinin missiyada birbaşa iştirakı iləbağlıdır.

Ermənistanla Azərbaycan arasında hərbi kampaniyanın başaçatdığına və iki ölkənin bir neçə məsələ istisna olmaqla, münaqişəilə bağlı əksər məsələləri danışıqlar yolu ilə nizamladığına diqqətçəkən müəllif Parisin İrəvana verdiyi dəstəyi gərginliyi artırmaq,münaqişəni qızışdırmaq cəhdi kimi xarakterizə edib. “Aydındır ki,fransızlar öz siyasi və diplomatik məqsədləri üçün Cənubi Qafqazdamünaqişənin saxlanmasında maraqlıdırlar”, - tanınmış jurnalistsonda vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.jewishpress.com/blogs/dona-gracia-center/france-between-azerbaijan-and-armenia/2025/03/02/

Chosen
39
2
az.trend.az

3Sources