"Ünvanlı sosial yardım təyin edilərkən istismara yararsız avtomobillər nəzərə alınmır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Əli Məsimli bildirib.
Onun sözlərinə görə, 285 manat ehtiyac meyarı əsas götürülməlidir:
“Gəlirlər 285 manatdan aşağıdırsa, həmin adamlara ünvanlı yardım təyin etsinlər, həmin adamları get-gələ salmasınlar. Ünvanlı sosial yardım təyin olunması şərtlərinə yenidən baxılması ilə bağlı təkliflər ombudsmanın illik məruzəsində də yer alıb... Qaldırmaq istədiyim digər məsələ 20 il hərbi xidmət keçən şəxslərin mənzillə təmin olunmasıdır. Belə ki, hazırda yalnız orduda xidmət keçən şəxslər mənzillə təmin edilirlər. Digər qoşun növlərində xidmət edənlərin də mənzillə təminatının önəmli olduğunu düşünürəm".