EN

Papuaşvili: Səfirlərin məhkəməyə qatılmasının məqsədi gürcü ədalətinə təzyiq və hakimləri qorxutmaqdır

Son dövrlərdə bir sıra məhkəmə proseslərinə xarici səfirlərin qatılması gürcü ədalət sisteminə təzyiq göstərmək və hakimləri qorxutmaq məqsədi daşıyır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq qaydalara zidd bir addımdır və Gürcüstanın suverenliyinə hörmətsizlik deməkdir.

Papuaşvli qeyd edib ki, bu səfirlər nə hüquqşünasdır, nə də məhkəmə prosesinin məzmununu dərhal anlaya bilirlər.

Onun fikrincə, səfirlərin proseslərdə iştirakının yeganə məqsədi məhkəməyə psixoloji təsir göstərməkdir: “Onlar orada oturur və müşahidə edirlər, sonra isə açıq şəkildə bildirirlər ki, əgər hakim onların istədiyi qərarı verməsə, cəza tətbiq olunacaq”.

Parlament sədri vurğulayıb ki, Gürcüstanın ədalət sistemi və suverenliyi beynəlxalq təsirlərə boyun əyməyəcək və ölkənin daxili işlərinə müdaxiləyə qarşı mübarizə aparacaq.

Chosen
27
report.az

1Sources