EN

Almatıda naməlum şəxs hava limanının əməkdaşını girov götürməyə cəhd edib

Qazaxıstanın Almatı şəhərində naməlum şəxs hava limanının əməkdaşını girov götürməyə cəhd edib.

7News.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, hadisə barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Onun bu əməlinin səbəbləri hələ məlum deyil.

"Yerli vaxtla saat 11:45 radələrində daxili reys terminalında (T1) uçuşqabağı yoxlama zonasına sərnişin qismində bir şəxs yaxınlaşıb. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları ondan sənədlərini təqdim etməyi xahiş ediblər, o isə əməkdaşlardan birinin saçından tutaraq bıçaqla hədələməyə başlayıb. Yeddi dəqiqədən sonra kişi hava limanı ərazisindəki Xətt polis şöbəsinin və Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tərksilah edilib", - mətbuat xidmətindən bildirilib.

Hazırda o, Xətt polis şöbəsindədir və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin araşdırılması ilə məşğul olur.
 
 
 

Chosen
3
1
7news.az

2Sources