"Heç vaxt Ramazan ayında döyüşmək istəməmişəm. Bu, mənim Ramazanda ilk rəsmi görüşüm olacaq. Həmişə çalışırdım ki, bu müqəddəs aydan ya əvvəl, ya da sonra döyüşüm".
Offsideplus.az xəbər verir ki, bu sözləri UFC313 yarışında Azərbaycanı təmsil edən Rafael Fiziyev deyib.
Martın 9-da ABŞ-da yerli idmançı Castin Qeyciyə qarşıya döyüşəcək həmvətənimiz yarışdan sonra oruc tutacağını bildirib: "Ramazan ayında mənə hər şeydən vacib Allaha daha yaxın olmağımdır. Lakin biz peşəmizə görə istənilən an döyüşməyə hazır olmalıyıq. Mən indi oruc tutmuram. Çünki evdən uzaqdayam və mənə çəkimi salmaq lazımdır. Bir həftə oruc tuta bilməyəcəyəm. Yarışın ertəsi günündən etibarən Ramazan ayının bütün qaydalarına əməl etməyə başlayacağam".