EN

Tramp Co Baydeni tənqid etdi: "Milli kabusumuz nəhayət bitdi"

ABŞ prezidenti Tramp Co Baydeni tənqid edib.

Turkustan.az xəbər verir ki, “Truth” sosial media platformasındakı paylaşımında Tramp Baydenin prezidentliyindən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən görüntüləri əlavə edib.

Təyyarənin pilləkənlərində sürüşdüyünü göstərən videoda Bayden deyib: "Dörd uzun illik alçaldılma, daxildə uğursuzluq və xaricdə rüsvayçılıqdan sonra milli kabusumuz nəhayət sona çatdı".

Videoda ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və Baydenin həyat yoldaşı Cil Bayden də var. Tramp bununla, "Sağlam düşüncə qayıtdı. Amerika qayıtdı" mesajini verib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
33
turkustan.az

1Sources