EN

Ukraynada ABŞ-nin Zelenskini fiziki cəhətdən “aradan götürə biləcəyi” ehtimal edilir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynada ABŞ hakimiyyətinin Prezident Volodimir Zelenskini fiziki cəhətdən aradan götürə biləcəyi ehtimal edilir.

Ukrayna Ali Radasının deputatı Mariana Bezuhla Telegram-da bu versiyanı istisna etmədiyini bildirib. Siyasi şərhçi Yuri Romanenko da Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Çili Prezidenti Salvador Alyendenin çevriliş zamanı öldürülməsi ssenarisini təkrarlaya biləcəyini ehtimal edib.

Bundan əvvəl Politico yazmışdı ki, Donald Trampın komandası Zelenskinin əsas siyasi rəqibləri ilə gizli təmaslar qurub. Məlumata görə, ABŞ-nin diqqəti keçmiş Ukrayna Silahlı Qüvvələri komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov və Kiyev meri Vitali Kliçko ilə əməkdaşlığa yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources