EN

Qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artır

Əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bu yaxınlarda Gəncə şəhərində qadın sahibkar tərəfindən məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Laləli bağça” Gəncə şəhəri ilə yanaşı, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində də fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib. Belə ki, Agentlik tərəfindən sahibkara biznesin qurulması üçün sənədləşdirmə, dövlət qurumları ilə əlaqələndirmə və biznesin inkişafı üzrə digər istiqamətlərdə dəstək göstərilib.

Hazırda məktəbəqədər təhsil müəssisəsinin bütün filialları üzrə ümumilikdə 40-dan çox işçi çalışır. Bununla da qadın sahibkar digər qadınların da məşğulluğa cəlb olunmasına öz dəstəyini göstərir. Gələcəkdə işçi sayının artırılması, eləcə də fəaliyyətin digər bölgələrdə də təşkili istiqamətində qadın sahibkar tərəfindən tədbirlər görülür.

Chosen
83
2
vergiler.az

10Sources