Bakı. Trend:
Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələrgenişləndirilir.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnikməmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçüntəhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlərqurulmasına görə fiziki şəxslər 3000 manatməbləğində, vəzifəli şəxslər 5000 manatməbləğində, hüquqi şəxslər 10 min manatməbləğində cərimə ediləcək.
Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilənhər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digərbelə işlərin görülməsinə görə fiziki şəxslər 3000 manatməbləğində, vəzifəli şəxslər 5000 manatməbləğində, hüquqi şəxslər 10 min manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,100 manat məbləğində cərimə tətbiq edilir.
“Aviasiya haqqında” Qanunda nəzərdə tutulmuş razılıq olmadanaviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkaredilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığıəşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinəgörə 600 manat məbləğində cərimə ediləcək. Mövcudqanunvericiliyə əsasən, aviasiya qəzasını araşdıran komissiyanınicazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzayauğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığıəşyaların (yükün, baqajın) götürülməsinə görə 500 manatməbləğində cərimə edilir.
Hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarəvə təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimintəmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görəfiziki şəxslər 500 manat məbləğində, vəzifəlişəxslər 2000 manat məbləğində, hüquqi şəxslər5000 manat məbləğində cərimə ediləcək. Mövcudqanunvericiliyə əsasən, vəzifəli şəxslər 500 manatməbləğində, hüquqi şəxslər 1000 manatməbləğində cərimə edilir.
Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsiqaydasının pozulmasına görə fiziki şəxslər 500 manatməbləğində, vəzifəli şəxslər 1000 manatməbləğində, hüquqi şəxslər 3000 manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,vəzifəli şəxslər 1000 manat məbləğində cəriməedilir.
Hava gəmilərinin tərəfindən hava istismarçıları gəmisininsərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişinadlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair “birpəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formadamüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)ötürülməməsinə görə fiziki şəxslər 2000 manatməbləğində, vəzifəli şəxslər 5000 manatməbləğində, hüquqi şəxslər 20 min manatməbləğində cərimə ediləcək.
Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlətqeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotunaalınmadan istismarına görə fiziki şəxslər 5000 manatməbləğində, vəzifəli şəxslər 10 min manatməbləğində, hüquqi şəxslər 50 min manatməbləğində cərimə ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.