Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuları açıqlayıb.
Msport.az xəbər verir ki, cədvələ 2001-2024-cü illər aralığında 250 və daha çox qol vuranlar salınıb.
Kriştiano Ronaldo 557 qolla siyahıya başçılıq edir. Ən yaxın təqibçisi olan Lionel Messi portuqaliyalıdan 39 top geri qalır.
İlk “10-luq” belədir:
- Kriştiano Ronaldo – 557
- Lionel Messi – 518
- Luis Suares – 409
- Robert Levandovski – 402
- Zlatan İbrahimoviç – 393
- Nikolas Munyos – 325
- Fred – 307
- Dayro Moreno – 306
- Aleksandar Duriç – 304
- Kərim Benzema – 300