EN

Rusiya Ukraynanın enerji və qaz xətlərinə hücuma keçdi

Ukraynanın energetika naziri German Qaluşenko Facebook hesabında yazıb ki, Rusiya ordusu Ukraynanın enerji və təbii qaz infrastrukturuna qarşı hava hücumu təşkil edib.

Sitat.info xəbər verir ki, Qaluşenko hücumda raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyini bildirib.

“Ukraynanın müxtəlif bölgələrində enerji və təbii qaz infrastrukturu yenidən intensiv raket və pilotsuz uçuş aparatlarının hücumları altındadır. Rusiyanın məqsədi Ukrayna xalqını işıqsız və istiliksiz qoymaqdır!.

 Xarkov meri İqor Terekhov da eyni platformada açıqlama verərək, Rusiya ordusunun şəhərin mülki infrastrukturuna raket hücumu təşkil etdiyini bildirib.

Terexov qeyd edib ki,hücum nəticəsində 8 nəfər xəsarət alıb.

Ukrayna Ordusu Hərbi Hava Qüvvələrindən verilən açıqlamada ölkənin müxtəlif bölgələrinə raket və İHA hücumları təhlükəsinin davam etdiyi bildirilib.

Məğrur,

Sitat.info

Chosen
28
18
sitat.info

10Sources