EN

"ABŞ ilə İran arasındakı gərginlik son dönəmdə daha da artıb"- Politoloq

"ABŞ ilə İran arasındakı gərginlik son dönəmdə daha da artıb. Bu qarşıdurmanın əsas səbəblərindən biri İranın nüvə proqramıdır. ABŞ və onun müttəfiqləri İranın nüvə silahına sahib olmasının regional və qlobal güc balansını dəyişəcəyindən ehtiyat edirlər. Bundan əlavə, İran və Çin arasında mövcud strateji əməkdaşlıq da Qərb üçün narahatlıq doğurur."

Politoloq Rüstəm Tağızadə bunu News365.az-a açıqlamasında deyib. 

ABŞ, İranın nüvə proqramını məhdudlaşdırmaq üçün siyasi və iqtisadi sanksiyalar tətbiq edir, eyni zamanda İranın bölgədəki proksi qüvvələrinə qarşı hərbi zərbələr endirir. 2023-cü ildən bəri bu hücumların intensivliyi artıb. Son illər ərzində İran üzərində siyasi və hərbi təzyiqlər güclənib. Bildiyiniz kimi, Bəşər Əsəd rejimi devrildi, lakin bu prosesdə İranın rolu və ABŞ-ın bu məsələyə münasibəti hələ də müzakirə mövzusudur.

İran məhkəməsinin ABŞ-a qarşı təzminat tələbi də diqqət çəkir. Bunun nə dərəcədə həyata keçiriləcəyi isə sual altındadır, çünki beynəlxalq məhkəmələrin qərarları çox vaxt siyasi maraqlara əsaslanır. ABŞ hazırda Rusiya-Ukrayna müharibəsi və digər qlobal problemlərlə məşğul olduğu üçün bu təzminat məsələsinə ciddi reaksiya verəcəyi ehtimal olunmur. Əgər beynəlxalq məhkəmələr obyektiv və ədalətli şəkildə işləsə, müəyyən nəticələr əldə oluna bilər. Lakin əgər bu qurumlar böyük güclərin maraqlarına xidmət edəcəksə, prosesin ədalətli olacağını gözləmək çətin görünür."

Chosen
18
news365.az

1Sources