EN

Bu şirkət Ukraynaya peyk görüntüləri verməkdən imtina etdi

ABŞ-ın “Maxar Technologies” aerokosmik şirkəti Ukrayna ordusunu peyk görüntüləri ilə təchiz etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bu addım ABŞ hökumətinin Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini qadağan etməsinin nəticəsində atılıb. Bildirilib ki, Tramp administrasiyası Dövlət Departamenti vasitəsilə Amerika şirkətlərinə və kommersiya xidmətlərinə Ukrayna üçün peyk məlumatları təqdim etməyi də qadağan edib.

Chosen
36
2
axar.az

3Sources