EN

Parisdə qatarların hərəkəti dayandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada, Paris Şimal vağzalı yaxınlığında İkinci Dünya müharibəsi dövründən qalma bomba tapılıb və qatarların hərəkəti dayandırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BFM TV" məlumat verib.
Partlamamış aviabomba Sen-Deni kommunasında, vağzaldan 2,5 km aralıda, dəmiryol relslərinin yaxınlığında aşkarlanıb.
Bununla əlaqədar Paris polis prefekturası bu ərazidə qatarların hərəkətinin dayandırılması barədə göstəriş verib.
Nəqliyyatın hərəkəti yalnız Paris polis prefekturasının xüsusi xidmət orqanları tərəfindən aparılan bomba zərərsizləşdirilməsi əməliyyatı başa çatdıqdan sonra bərpa ediləcək.
Həmçinin qeyd edilir ki, dəmiryolu hərəkətinin dayandırılması əsasən Şimal vağzalından Londona yola düşən bütün "Eurostar" qatarlarına şamil edilib.
Chosen
11
oxu.az

1Sources