EN

NASA Ayda GPS siqanllarını uğurla qəbul edib

NASA gələcək astronavtların Ay səthində dəqiq naviqasiya edə bilməsi üçün mühüm bir addım atıb.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ay GNSS Alıcı Təcrübəsi (LuGRE) ilk dəfə olaraq Dünya orbitindən göndərilən GPS siqnallarını Ayda qəbul etməyi bacarıb.

LuGRE cihazı 2 mart tarixində Ay səthinə enən Blue Ghost missiyasının bir hissəsi olaraq Küresel Naviqasiya Peyk Sistemi (GNSS) siqnallarını uğurla izləyib. NASA-nın mütəxəssisləri bu inkişafın gələcək Ay missiyaları üçün böyük potensial yaratdığını bildirirlər.

Yeni sistem Ay orbitində və səthində olan kosmik aparatların yerini və sürətini daha dəqiq təyin etməyə imkan verəcək. Həmçinin, astronavtlar və idarəetmə mərkəzi üçün mövcud naviqasiya prosesini sadələşdirəcək və vaxt itkisini azaldacaq.

LuGRE cihazı, 14 gün ərzində GNSS ilə əlaqədə qalaraq testlərə davam edəcək. Bu texnologiyanın uğurlu olması NASA-nın 2027-ci ilə qədər astronavtları yenidən Ay səthinə göndərmək və orada uzaq perspektivli bir baza qurmaq planına dəstək verəcək.

Chosen
12
2
far.az

3Sources