EN

Özləri icazə verir, sonra da nöqsan tapırlar...

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparılıb.

Gundem.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılmış yoxlama zamanı dönərxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.

Həmin məlumata görə, yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub.

Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, “Al-ASR” əmtəə nişanının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir. Buna səbəb isə xaricdən gətirilən ət və toyuq məhsullarının qiymətinin ucuz olmasıdır. Bundan başqa, bu şirkət əsasən Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəmizə ət gətirir ki, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil.

 

Chosen
67
8
gundem.az

10Sources