Azırbaycan Gənclər Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, kotirovkada iştirak haqqı 28 manatdır.
İddiaçılar təkliflərini aprelin 3-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 93 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 3-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Tax Audit" MMC olub. Şirkətə 3 965 manat ödənilib.
Azərbaycan Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib.