EN

Zelenskinin dizayneri azərbaycanlı imiş... FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin dizayneri Elvira Həsənova dövlət başçısının qalmaqalla yadda qalan ABŞ səfərində geyindiyi geyim tərzini şərh edib.

Bu barədə o, “Financial Times” qəzetinə müsahibəsində danışıb.

“Onun geyiminin mahiyyəti sadəcə zahiri görkəm üçün deyil. Bu, Zelenskinin dünyaya mesajının bir hissəsidir və mahiyyəti onun xalqının yanında olduğunun isbatıdır… O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Bu, seçim dəbdən daha çox şey ifadə edir. Bu tərz Ukrayna liderinin bir növ ünsiyyət vasitəsidir”, - deyə E.Həsənova vurğulayıb.

“Qafqazinfo” xatırladır ki, Ağ Evdə keçirilən qalmaqallı Tramp-Zelenski görüşü zamanı Ukrayna Prezidentinin geyim tərzi tənqid edilib və Tramp ona kinayə ilə “sənin ümumiyyətlə kostyumun var?” sualını ünvanlayıb.

Chosen
93
20
korrespondent.az

10Sources