2030-cu ildə Ramazan bayramı iki dəfə – həm yanvar, həm də dekabr ayında qeyd olunacaq.
Bizim.Media xəbər verir ki, yayılan məlumata görə, bunun əsas səbəbi hicri təqviminin günəş təqvimindən daha qısa olmasıdır.
Hicri təqvimi ay dövrünə əsaslandığı üçün bir hicri ili günəş ilindən təxminən 10-11 gün daha qısadır.
Bu fərq nəticəsində Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə təkrar olunur. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral tarixlərində, ikinci isə 26 dekabr - 24 yanvar 2031 tarixlərində başlayacaq. Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan ayını yaşayacaq və hər iki dəfə oruc tutacaqlar.
Qafqaz Müsəlmanlar İdarəsinin axundu Samid Quliyev “metbuat.az”a açıqlamasında bu məlumatı təsdiqləyib.
O deyib ki, Hicri qəməri təqvimi ilə Milad ayını müqayisə etdikdə bu mümkündür.
S.Quliyev həçinin əlavə edib ki, bu il Rəcəb ayı da iki dəfə olacaq:
“Biri yanvarda oldu, digəri isə dekabr ayında başlayacaq”.
Bizim.Media