EN

ABŞ kriptovalyuta ehtiyatı yaradır


ABŞ Prezidenti Donald Tramp bitkoinlərin strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezidentin elmi məşvərət komitəsinin həmsədri təyin edilmiş və ABŞ-nin süni intellekt və kriptovalyutalar üzrə siyasətinə cavabdeh olan investor Devid Saks “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, ehtiyat təxminən 200.000 bitkoindən ibarət ola bilər.
“Bir neçə dəqiqə əvvəl prezident Tramp Bitkoin Strateji Ehtiyatının yaradılması haqqında sərəncam imzaladı. Ehtiyat, cinayət və ya mülki aktivlərin müsadirə edilməsi proseduru ilə müsadirə edilmiş federal hökumət bitkoinlərindən ibarət olacaq. Bu o deməkdir ki, bu, vergi ödəyicilərinə bir qəpik də başa gəlməyəcək”, - Saks bildirib.
Chosen
25
2
yeniavaz.com

5Sources