EN

Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib

Bakı. Trend:

Martın 7-də Baş Prokurorluqda qadın prokurorluq işçilərinin,dövlət qulluqçularının, veteranların, habelə tədbirə qonaq qismindədəvət olunmuş Azərbaycan Respublikası Milli Məclisinin qadındeputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki,tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev tədbiriştirakçılarını təbrik edərək onların hər birinə fəaliyyətlərindəuğur, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzu edib.

Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan qadını hərzaman cəmiyyətdə özünə məxsus, layiqli yer tutub. Biz bunun həmtariximizin müəyyən dönəmlərində, həm də ədəbi-bədii yaradıcılıqsahəsindəki irsimizdə şahidi oluruq. Tarixin bəzi astanalarında hərbir cəmiyyətdə olduğu kimi Azərbaycan qadını da müəyyənməhdudiyyətlər, qadağalarla üz-üzə qalsa da, lakin bununla bağlıziyalılarımızın haqlı mübarizəsi sonda qadınlarımızın mövhümattəsirindən qurtulması, ən əsası təhsil və digər konstitusionhüquqlar əldə etməsi ilə nəticələnmişdir.

Xüsusi ilə qeyd edilib ki, Azərbaycanda qadınların hüquqlarınınqorunması, onların ictimai fəallığının təşkili məsələsinə ÜmummilliLider Heydər Əliyev tərəfindən daim həssaslıq və qayğı iləyanaşılmışdır. İstər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətəgəldiyi dövrdən dövlət orqanlarında aparıcı vəzifələrdə, ictimaiişlərdə qadınların irəli çəkilməsi, istərsə də, 1993-cü ildənsonrakı dövrdə 14 yanvar 1998-ci il tarixdə “AzərbaycanRespublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsininyaradılması haqqında” və 06 mart 2000-ci il tarixdə “AzərbaycanRespublikasında dövlət qadın siyasətinin həyata keçirilməsihaqqında” və digər Fərmanların imzalanması buna əyani misaldır.

Azərbaycan qadınına münasibətdə qeyd olunan diqqət və qayğınınnümayişi hazırda Prezident cənab İlham Əliyev tərəfindən də uğurladavam etdirilməkdədir. Ölkədə gender bərabərliyinin təmini,cəmiyyətin bütün sferalarında qadınların hüquqlarının təminolunması və onların inkişafı, cəmiyyətdəki mövqelərininmöhkəmləndirilməsi üçün görülən işlər bütün bu deyilənlərə bariznümunədir.

Kamran Əliyev çıxışı zamanı həmçinin gördüyü işlərlə AzərbaycanQadını adını yüksəklərə qaldıran, öz sadəliyi, təvazökarlığı,səmimiliyi, vətəninə və xalqına bağlılığı, eləcə də insanlığıntəntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxahəməlləri ilə seçilən Azərbaycan Respublikasının Birincivitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehribanxanım Əliyevanın uğurlu fəaliyyəti və gördüyü işlərdən də bəhsedib.

Daha sonra qadınların cinayətkarlığa qarşı mübarizə, o cümlədənədalət mühakiməsinin həyata keçirilməsindəki rolundan danışan Başprokuror Kamran Əliyev Azərbaycan Qadının peşə spesifikliyinə vəxidməti fəaliyyət zamanı üzləşdikləri bütün çətinliklərəbaxmayaraq, bu sahədə də uğurlu nəticələr əldə etdiklərini,peşəkarlıq nümayiş etdirməklə öz vəzifələrinin öhdəsindən layiqincəgəldiklərini qeyd edib.

Hazırda prokurorluq işçisi olan qadınlardan 127 nəfərin müsabiqəyolu ilə işə qəbul edilməsi vurğulanmaqla onlardan 12 nəfərinrəhbər vəzifədə, o cümlədən 1-nin Baş Prokurorluqda idarə rəisi,5-nin idarə rəisinin müavini, 1-nin şöbə rəisi, 4-nün rayonprokuroru və 1-nin isə rayon prokurorunun müavini vəzifəsindəçalışdıqları bildirilib.

Tədbirdə Milli Məclisin deputatı, Milli Məclisin Ailə, qadın vəuşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyəttelekanalının direktoru Dilarə Səlim, Prokurorluğun veteranı SəmayəSeyfullayeva, Qaradağ rayon prokurorunun köməkçisi Mədinə Paşayeva,Baş Prokurorluğunun İstintaq idarəsinin böyük məsləhətçisivəzifəsini icra edən Nurlanə Babayeva çıxış edərək göstəriləndiqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizinbaşçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütünsahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühümişlər görüldüyü, Azərbaycan Qadının cəmiyyətin bütün sferalarındahüquq və azadlıqlarının müdafiə edildiyi, inkişafı üçün şəraityaradıldığı, həyata keçirilən bu siyasətin, o cümlədən prokurorluqorqanlarında da uğurla davam etdirildiyi vurğulanıb.

Baş prokuror tərəfindən bir qisim tədbir iştirakçısınamükafatlar təqdim olunduqdan sonra, "Prokurorluqda qadın gücü" adlısənədli-bədii qısametrajlı film nümayiş etdirilib.

Məqalədə:
Chosen
49
6
az.trend.az

7Sources