EN

Coşqun Diniyev üçün yeni baş məşqçi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin çıxış etdiyi “Çorumspor”un yeni baş məşqçisi bəlli olub.

İdman.biz xəbər verir ki, Türkiyə klubunu Tuncay Şanlı çalışdıracaq.

Yeni baş məşqçi ilə müqavilə imzalanma mərasimi bu gün keçiriləcək. Şanlı bunadək “Sakaryaspor” və “Umraniyəspor”da çalışıb.

Qeyd edək ki, o, baş məşqçi postunda Serkan Özbaltanı əvəzləyib.

İdman.biz

Chosen
16
idman.biz

1Sources