Bakı. Trend:
Vətəndaşların etibarından sui-istifadə edərək onların küllimiqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən vəmağazalardan oğurluq edən şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarıtərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədənNahid Quliyev tutulub.
"Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsustorpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi iləonun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyəgötürdüyü “Hyundai” markalı avtomobili satacağına dair yalan vədverərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb. Onun rayonərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlifmağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədəzərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyənedilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətişi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbsqətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir",-məlumatda qeyd edilib.