EN

Tramp Zelenskini necə cəzalandıracaq?

ABŞ Prezidenti Donald Trampın komandasının üzvləri Ukrayna Prezidenti Volodimir Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıblar.

Milli.Az xəbər verir ki, "Politico"nun ABŞ Administrasiyasındakı mənbələrinə istinadən yayılan xəbərə görə, ABŞ rəsmiləri Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenko ilə görüşərək Ukraynada baş tutacaq növbədənkənar prezident seçkiləri məsələsini müzakirə ediblər.

Trampın komandası Zelenskinin müharibə yorğunluğu və korrupsiya ilə bağlı artan ictimai narazılığın ona böyük təsir edəcəyini və nəticədə onun seçkilərdə məğlub olacağını düşünür. Lakin, son sorğular göstərir ki, Zelenski hələ də prezidentlik yarışında liderdir. Trampın Zelenskinin hakimiyyətdə qalmasını istəmədiyini media bildirir. Tramp bir müddət əvvəl Zelenskini "seçkisiz diktator" adlandırmış və ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Tulsi Qabbard isə Kiyevi seçkilərdən qaçmaqda ittiham etmişdi.

Həmçinin, nəşr qeyd edir ki, Trampın komandası seçkilərin Zelenskinin hakimiyyətinə son verəcəyinə inansa da, o, hələ də Timoşenko və Poroşenkodan daha geniş bir populyarlığa malikdir. Ötən həftə isə Ağ Evdə Zelenski ilə baş verən mübahisə Trampın Ukraynada hakimiyyət dəyişikliyi barədə qərarını daha da möhkəmləndirib.

Asya
Milli.Az

Chosen
20
1
milli.az

2Sources