EN

Gəncəgə qaz balonundan partlayış nəticəsində bir neçə ev yanıb

Gəncədə 1 evdə qaz balonun partlayışı nəticəsində baş verən yanğın külək vasitəsilə qonşuluqdakı evlərə də yayılıb.

“Heftelik.az” “Xəzər xəbər”ə istinadən məlumat verir ki, hadisə gündüz saatlarında Naxılovka məhəlləsində baş verib.

Qonşuların sözlərinə görə, yanğın ikimərtəbəli yaşayış evində baş verib. Daha sonra güclü küləyin əsməsi nəticəsində alov digər qonşu evlərə də yayılıb. Onların sözlərinə görə, yanğın kiçik qaz balonunun partlaması nəticəsində baş verib. Belə ki, ev sahibi balıq qızartmaq üçün qaz balonunu yandırarkən partlayış baş verib.

Sakinlər bildiriblər ki, yanğın sayəsində qonşuluqda olan 5-dən çox ev əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə baş verən yerə Fövqəladə Hallar Naziriliyinin 5 yanğınsöndürən maşını və 30 canlı qüvvəsi cəlb olunduqdan sonra ilk bir saat ərzində yanğın məhdudlaşdırılaraq digər ərazilərə keçməsinin qarşısı alınıb. Daha sonra isə alov tam söndürülərək ərazi təhlükədən xilas edilib.

Qeyd edək ki, hadisə zamanı 2 nəfər yanıq xəsarətləri alıb.

Müəllif: Türkan_zadə

Chosen
16
heftelik.az

1Sources