EN

Tramp Baydeni tənqid edən video yayımladı

ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində keçmiş prezident Co Bayden və onun administrasiyasını tənqid edən videoçarx yayımlayıb.

Amerika lideri videomüraciətində "Dörd uzun illik alçaldılma, daxildə uğursuzluq və xaricdə rüsvayçılıqdan sonra milli kabusumuz nəhayət sona çatdı" deyib.

News24.az xəbər verir ki, paylaşımda Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlərindən fotolar yer alıb.

Videoda Co Baydenin təyyarənin pilləkənlərində sürüşməsinin görüntüləri də var.

Videoda ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris və Baydenin həyat yoldaşı Cil Baydenin görüntüləri yer alıb. Kadrlar bu sözlərlə müşayiət olunur: “Sağlam düşüncə qayıdıb. Amerika geri döndü."

Videoda Trampın yenidən prezident seçilməsindən sonra əldə etdiyi “nailiyyətlər” sadalanır. Donald Trampın Zelenski ilə görüşünün görüntülərinin də yer aldığı videoda “(Tramp) bütün dünyada sonsuz müharibələri dayandırmağa sadiqdir” deyilir.

Video “O, xalqın suverenliyini bərpa etmək üçün hakim elitanın qarşısında dayanır” sözləri ilə bitir.

Reklamı Elon Mask tərəfindən qurulan Amerika PAC siyasi fəaliyyət komitəsi hazırlayıb.

Aynurə


Chosen
34
news24.az

1Sources