EN

ABŞ-da İsrailə dəstək son 25 ilin ən aşağı səviyyəsinə düşüb

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planı fonunda aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ ictimaiyyətinin İsrailə dəstəyi son 25 ilin ən aşağı səviyyəsinə çatıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Gallup araşdırma şirkətinin 3-16 fevral tarixlərində 1004 nəfər arasında keçirdiyi sorğu nəticələrinə əsasən, amerikalıların 46 faizi İsraili dəstəklədiyini bildirib. Bu, son 25 ildə qeydə alınan ən aşağı göstəricidir.

Sorğunun nəticələrinə görə, fələstinlilərə rəğbət bəsləyən amerikalıların faizi ötən illə müqayisədə 6 faiz artaraq 33 faizə yüksəlib. Bu, 2001-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

ABŞ seçicilərinin 40 faizi Trampın İsrail və Fələstin siyasətini bəyəndiyini bildirib.Respublikaçıların 83 faizi, Demokratların isə 33 faizi İsrailə müsbət baxır. Demokratların 45 faizi, Respublikaçıların isə 18 faizi Fələstinə dəstək göstərir.

Sorğu iştirakçılarının 55 faizi iki dövlət həllini dəstəklədiyini, 31 faizi isə buna qarşı olduğunu bildirib.

Demokratların 76 faizi, müstəqil seçicilərin 53 faizi, Respublikaçıların isə 41 faizi müstəqil Fələstin dövlətinin yaradılmasına tərəfdardır.
Sorğuda iştirak edənlərin 14 faizi isə bu mövzuda mövqeyini bildirməyib.

Qeyd edək ki, ABŞ ictimaiyyətinin İsrailə münasibətində dəyişikliklər son illərdə Fələstin məsələsinin daha çox diqqət çəkməsi və münaqişənin qlobal təsirlərinin artması ilə əlaqələndirilir.

Chosen
20
turkic.world

1Sources