EN

Polşa klubu Rusiya komandalarına görə Dubaydakı turnirdən imtina etdi

Polşanın “Slepsk Suvalki” voleybol klubu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “NAS Sports” kommersiya turnirindən Rusiya klublarının da qatılacağına görə imtina edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, belə bir qərarın qəbulunda həlledici amil Rusiyanı təmsil edən iki klubun turnirdə iştirakı ilə bağlı məlumat olub.

Tərəfdaşlar, Polşa Voleybol Assosiasiyası və Polşa Voleybol Liqası ilə məsləhətləşmələrdən sonra Rusiya komandalarına qarşı rəqabəti nəzərdə tutmayan mövqe dəstəklənib.

Polşa klubu daha bir səbəb kimi infrastruktur məhdudiyyətləri ilə üzləşməsini göstərib: “Doğma arenalarımızın beynəlxalq tədbirlərə görə məşğul olması da turnirə tam hazırlaşmağımıza imkanı vermədi”.

“NAS Sports” turniri 12 – 20 martda keçiriləcək. Yarış üçün Moskvanın “Dinamo” və Novokuybışevskin “Nova” klubları qeydiyyatdan keçib.

Chosen
21
moderator.az

1Sources