Hər birimiz qürurla deyə bilərik ki, 30 illik işğala, soyqırım və köçkünlüyə həsr olunan məruzələrdən də xilas olmuşuq.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Onun sözlərinə görə, azadlıq haqda dünyəvi qanunları, bəşəri arzu və idealları gerçəkləşdirən Prezident İlham Əliyevə Nobel mükafatının verilməsi ədalətli qərar olardı.
“Xalqımızın qalibiyyət haqqı özünə qaytarılıb. Bəli, Qələbəmiz universal hüquq və ali qanunçuluq hadisəsidir. Təkcə yüz minlərlə məcburi köçkünün deyil, hər bir azərbaycanlının konstitusion haqqı gerçəkləşib”.
Deputat Yaxın Şərqdə döyüşən azərbaycanlıların yaxınlarının ölkəmizə qaytarılmasının diqqətdə saxlandığı xatırladıb:
“Rusiya-Ukrayna savaşında hər iki tərəfdə vuruşan azərbaycanlıların taleyi diqqətdədir. Ümidvarıq ki, Suriyada hakimiyyət dəyişikliyi, dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi və nəhayət, Dəməşqdə səfirliyimizin açılması gələcəkdə vətəndaşlarımızın belə avantürist əməliyyatlarda iştirakına imkan verməyəcək”.