EN

Ukraynaya kütləvi hücum davam edir

Ukraynaya

“F-16” və “Mirage-2000” çoxməqsədli qırıcıları ötən gecə hava hücumundan müdafiə qüvvələrinə Rusiyanın 34 raketini və 100 pilotsuz təyyarəsini vurmağa kömək edib.

Reyting.az
xəbər verir ki, ruslar xüsusilə, martın 7-nə keçən gecə mühüm infrastruktur obyektlərinə müxtəlif növ hava, quru və dəniz raketləri ilə birgə zərbə endiriblər.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı sosial şəbəkə hesabında bəyan edib ki, zərbənin əsas diqqəti Ukraynanın qaz hasilatı obyektlərinə yönəldilib.

İlkin məlumatlara görə, Hərbi Hava Qüvvələrinin radiotexniki bölmələri tərəfindən rusların 261 hava hücumu texnikası - 67 müxtəlif təyinatlı raket, 194 hücum PUA-sı və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının imitatoru aşkar edilərək müşayiət olunub.

“Düşmənin hava hücumu zenit-raket bölmələri, elektron döyüş sistemləri, Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib. Əməliyyatda qırıcı təyyarələr, xüsusilə “F-16” və “Mirage-2000”-lər də iştirak ediblər. Ukraynaya gələn Fransa qırıcıları cəmi bir ay əvvəl düşmənin hücumunu dəf etmək üçün ilk dəfə döyüşdə iştirak edib”,- deyə məlumatda qeyd olunur.

34 hava hədəfinin vurulması təsdiqlənib.

ELÇİN
Chosen
28
reyting.az

1Sources