Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla bildirir ki, "Mitsubishi" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: oxu.az