EN

Türkiyə ordusu İdlibə girdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanı Suriyanın İdlib şəhərinə daxil olub.

News365.az xəbər verir ki, bu barədə "Clash report tr" məlumat yayılıb.

Məlumata görə, türkiyəli hərbçilər İdlibə Bab əl-Hava sərhəd-keçid məntəqəsindən daxil olub.

Qeyd edək ki, ötən gün Əsəd tərəfdarları ilə Suriya Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında baş verən toqquşmada 48 nəfər ölüb. Bu gün Suriya hökumətinə tabe olan silahlı qüvvələr keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.


Chosen
45
12
news365.az

10Sources