EN

ABŞ kəşfiyyatındakı kütləvi ixtisarlara verilən qiymət: Başdan vurulan güllə

ABŞ kəşfiyyat orqanlarında kütləvi ixtisarlar Çin, Rusiya, İran və potensial terror təhlükələri ilə bağlı kəşfiyyat məlumatlarının toplanması prosesini çətinləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Washington Post" (WP) qəzeti yazır.

“Biz özümüzü ayağımızdan yox, başımızdan vururuq”, - deyə keçmiş yüksək rütbəli kəşfiyyat məmuru qeyd edib.

Məlumata görə, ABŞ kəşfiyyat rəsmiləri Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın fəal tərəfdarı olan Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın fəaliyyətini qiymətləndirməyə çalışırlar.

Keçmiş məmur nəşrə bildirib ki, işə qəbul edilənlərin çoxu çin dilində danışmaq və ya nüvə mühəndisi kimi təhsil almaq kimi dəyərli kəşfiyyat bacarıqlarına malikdir.

Chosen
30
1
publika.az

2Sources