EN

Avstraliyada siklon səbəbindən 80 mindən çox ev işıqsız qalıb

Avstraliyanın şərqində təxminən 84 min yaşayış binası "Alfred" siklonu səbəbindən işıqsız qalıb, bu barədə cümə günü ABC telekanalı məlumat yayıb.

Avstraliyanın Yeni Cənubi Uels və Kvinslend ştatları pis hava şəraitinə məruz qalıb.

Yerli meteorologiya xidməti gələn həftəyə qədər bir sıra rayonlarda daşqın təhlükəsinin olduğunu bildirib. Onun məlumatına görə, cümə günü Avstraliyanın şərq sahillərində əsən küləyin sürəti 120 km/saata çatıb. Proqnozlara görə, “dağıdıcı küləklər” yaxın günlərdə də davam edəcək.

Yeni Cənubi Uels hökuməti 19 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. Son iki gündə ştatın bəzi bölgələrinə 400 mm-dən çox yağıntı düşüb.

Avstraliyada küləyin sürətindən asılı olaraq siklonların beş kateqoriyası var. Hazırda “Alfred” ikinciliyə layiq görülüb.

Əziz Mustafa, Oxuməni.az

Chosen
19
oxumeni.az

1Sources