EN

HONOR Magic7 Pro smartfonu artıq satışda (FOTO/VİDEO)

Bakı. Trend:

Honor Magic 7 və Magic 7 Pro güclü performansı, innovativkamerası və premium dizaynı ilə yeni nəsil flaqman smartfontəcrübəsi təqdim edir. Bəs bu smartfonları bazarda xüsusi edənnədir?

HONOR Magic 7 Pro IP69 standartına uyğun dizayn edilib. Cihazhətta qaynar suda belə funksionallığını itirmir. Arxa panel barmaqizi buraxmayan mat şüşədən, çərçivə isə alüminiumdan hazırlanıb.Rəng seçimləri arasında "boz ay", "qrafit qara" və "zərif mavi"çalarları mövcuddur.

Ekran altına yerləşdirilmiş barmaq izi skaneri bir qədəryuxarıda yerləşdirildiyi üçün istifadəsi daha rahatdır. Hətta nəməllərlə belə skaner anında işləyir və bank proqramları üçün yüksəktanınma səviyyəsinə malikdir.

OLED matrisi 6,8 düym diaqonala malikdir və 1-dən 120 Hz-ə qədəryeniləmə sürətini dəstəkləyir. Gözlər üçün təhlükəsiz genişimpulslu modulyasiya texnologiyasına sahib olan ekran 5000 nityüksək parlaqlıq və 450-dən çox PPI ilə aydın və gözoxşayan təsvirtəqdim edir.

HONOR Magic 7 Pro 50MP əsas kamera, 200MP periskop böyütməsensoru və 50MP ultra geniş bucaqlı sensora sahibdir. Ön kamera isə50MP keyfiyyətində selfilər təqdim edir.

Süni zəka çəkiliş zamanı ən yaxşı kadrı seçmək, bulanıqlığıaradan qaldırmaq və rəngləri optimallaşdırmaq imkanına malikdir.AI, həmçinin portret rejimini təkmilləşdirir, istənməyən obyektlərisilir və gecə çəkilişlərinin keyfiyyətini artırır.

Belə ki, siz çəkiliş düyməsini basmadan yarım saniyə əvvəl vəyarım saniyə sonra silsilə fotoşəkillər çəkilir və daha sonra sünizəkanın köməyi ilə şəkillərin bulanıqlığı və digər qüsurlar aradanqaldırılaraq ən yaxşı kadr seçilir.

AI imkanları bununla məhdudlaşmır. HONOR Magic 7 Pro real vaxtrejimində nitq tərcüməsi (11 dil dəstəyi), səsin mətnə çevrilməsivə məqalə xülasələri kimi funksiyalar təklif edir.

Cihaz Qualcomm Snapdragon 8 Elite prosessoru ilə təchiz edilib.12 GB RAM və 512 GB yaddaş ilə gündəlik və ağır yüklü tapşırıqlarıasanlıqla yerinə yetirir.

5850 mAh tutumlu üçüncü nəsil silikon-karbon akkumulyatorusayəsində smartfon üç günə qədər istifadə edilə bilər. 100W adapterilə batareya yarım saat ərzində tam dolur.

Magic 7 modeli periskop kamerası olmadan, 50MP telefoto sensoruilə təqdim olunur. Buna baxmayaraq, Magic 7 də yüksək keyfiyyətlifoto və video çəkilişlər üçün güclü imkanlar təqdim edir.

HONOR Magic7 və HONOR Magic7 Pro smartfonunu artıq İrşad,Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, WorldTelecom, Smart Electronics, Digital Home və Barkod mağazaşəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobiloperatorların diller mağazalarından əldə edə bilərsiniz. Qiymətlərəgəldik də isə, HONOR Magic7 Pro 12GB/512GB-in qiyməti 2699.99 AZN,HONOR Magic7 12GB/256GB-in qiyməti 2199.99 AZN təşkil edir. 31 marttarixinə qədər Magic7 Pro və Magic7 modelini alana HONOR Pad X9planşetini hədiyyə olunacaq.

HONOR
HONOR
HONOR
HONOR
HONOR
Chosen
89
7
az.trend.az

8Sources