EN

Onlara ən yüksək maaş verilməlidir

Elə peşə sahibləri var ki, hamıdan çox əziyyət çəkir və hamıdan da az maaş alır.

Təbii ki, biz hər gün onları görürük. Sadəcə olaraq kömək edə bilmirik. Hər səhər biz görürük ki, onlar yolları təmizləyir, süpürür və hər cür əziyyətə qatlaşırlar.Cəkdikləri əziyyətin isə bəhrəsini görə bilmirlər. Hələ biz yolları süpürərkən  hansı təhlükəli anlar yaşadıqlarını demirik, çünki dəfələrlə məsuliyyətsiz sürücülər belə qadınları avtomobillə vuraraq öldürüb və hadisə yerindən qaçıblar.

Bu isə birmənalı olaraq  cinayət deməkdir. Qəribəsi odur ki, sübh tezdən yolları təmizləyən bu süpürgəçilər çox az maaş alırlar. Ayda 400 manat əməkhaqqı alan bu insanların dolanışığını və həyatını  fikirləşən yoxdur.İndiki bahalıq şəraitində bu pulla dolanmaq çox çətindir.Hələ üstəlik, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisləri onlar mükafat yazarkən pulun çox hissəsini bu zəhmətkeş insanların əlindən alır.

Məsələn, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais  Məmmədovun   fəaliyyətindən  narazı qalanlar var. Hər halda, təmizlik işçilərinin haqqına heç kim görməməlidir!

Emil Faiqoğlu       

Chosen
20
adalet.az

1Sources