EN

Bayram günləri Qarabağdakı hotellərdə qiymətlər nə qədərdir? - ARAŞDIRMA

Qarabağda otellərdə qiymətlər, kotteçlərə nisbətən bahadır

Mart ayında ölkədə ardıcıl 12 gün iş olmayacaq. Bayram günlərində istirahətə gedənlərin sayı olduqca yüksəkdir. Artıq Şamaxı, İsmayıllı, Qəbələ, Quba, Lənkəran kimi turistik bölgələrin sırasına Qarabağ da əlavə olunub.

“Operativ Media” bayram günləri Qarabağda yerləşən hotellərin qiymətlərini araşdırıb. 

"Qarabağ Hotel"də standart otaq 240 manatdan başlayır. Qiymətlərə səhər yeməyi daxildir. "Studia king" otaqları 340 AZN, lüks otaqlar 440 AZN, "Executive suit" otaqları 740 AZN təşkil edir.

"Şuşa Hotel"də 2 nəfərlik standart otağın qiyməti səhər yeməyi daxil 190 AZN təşkil edir. “Delüks” otaq 290 AZN, “apartman suit” otağı isə 340 AZN-dir. Bildirilib ki bu qiymətlər bayram günləri bir qədər dəyişə bilər.

Xankəndi şəhərinin mərkəzində yerləşən "Palace Hotel" 2,57 hektar ərazini əhatə edir. Martın 20-dən 31-ə qədər "Palace Hotel"də standart otaqlar 190-230 AZN, lüks otaqlar 290 AZN, süit otaqlar isə 600 AZN təşkil edəcək.

Xankəndidə yerləşən "Bulud Hotel"in ümumi sahəsi 5 min kvadratmetrə yaxındır. Qiymətlər 190, 210 və 270 AZN arasındadır. Bu qiymətlərə səhər yeməyi daxildir.

Şuşa şəhərində yerləşən “Xarıbülbül” otellərində  bayram günlərində qiymətlər bir gecə üçün 180 AZN təşkil edəcək. Bu qiymətə səhər yeməyi daxildir. single 150 AZN, junior suit single 250 AZN,  double twin 430 AZN, king suit 580 AZN təşkil edir.

Laçın şəhərində yerləşən kottec tipli hotel “Lachinn Town Houses”də hazırda qiymətlər 2 nəfər üçün 50 AZN, 3 nəfər üçün 70 AZN, 4 nəfər üçün isə 100 AZN təşkil edir. Bayram günlərində bu qiymətlərdə artımlar olacağı bildirlib.

“Həkəri Riverside”də isə qiymətlər isə daha münasibdir. Bir gecə üçün 2 neferlik kottec 60 azn, 4 neferlik kottec 90 azn təşkil edir. Bu qiymət 19 mart – 1aprel üçün də keçərlidir.

________________________________________________________________

Bayram günlərində bölgələrdəki hotellərin qiymətləri 

Bayram günlərində ölkədaxili tur qiymətləri 

Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri 
_________________________________________________________________

Chosen
47
operativmedia.az

1Sources