Milli Məclis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, parlamentin bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Deputatlar sədrin təklifini dəstəkləyiblər.