“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, Kataloniya klubu niderlandlı yarımmüdafiəçiyə 18-19 milyon avro maaşla 3 illik müqavilə təklif edib. “Barselona” de Yonqdan cavab gözləyir.
Frenki bu mövsüm 28 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.